Aile TV is on Facebook. To connect with Aile TV, join Facebook today.
Aile TV is on Facebook. To connect with Aile TV, join Facebook today.
Aile TV, profile picture

Aile TV

@Aile.TV

About Aile TV
Ailə TV ticarət nişanı, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət 1997-ci ildə təsis olunub və yarandığı ilk gündəngenişçeşiddə İT və telekommunikasiya xidmətləri göstərir.

Öz fəaliyyətində yüksək texnologiyalardan istifadə edən şirkət, Ailə TV brendiilə İP/OTT və kabel TV, Ailə NET brendi ilə internet xidmətləri təqdim edir.

“Caspian Telecom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.

Yarandığı ilk gündən etibarən, innovativliyə can atan, “Caspian Telecom” MMC, yerli TV və İnternet xidmətləri bazarında müxtəlif yeniliklərə imza atmaqdadır.

Azərbaycanda ilk, rəqəmsal kabel televiziyası operatoru olan Ailə TV, HD TV yayımıda tətbiq edən ilk milli brendir.Yerli TV kontentin və zəngin mədəni irsimizin dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımıza əlçatan olması məqsədilə Ailə TV, ən son Over The Top texnologiyası üzərindən İP TV xidmətlərinin də tətbiqinə başlamışdır.

“Caspian Telecom” MMC şəbəkəsinə daxil olan və abunəçilərə ən son texnologiyalara əsaslanaraq genişzolaqlı yüksəksürətli fiber-optik İnternet xidmətləri təklif edən daha bir brend, Ailə NET internet provayderidir. 36 m/bits-dən 100 m/bits -ə qədər itkisiz, yüksək sürətli internet xidmətləri göstərmək imkanına malik,Ailə NET internet xidmətindən Bakı və Gəncə şəhərinin əksər sakinləri faydalana bilərlər.

Şirkət yarandığı ilk gündən cəmiyyətimiz qarşında sosial məsuliyyət və milli mədəni irsimizin təşviqatına xüsusi diqqətlə yanaşmağa çalışır və öz fəaliyyətinin xalqımızın milli mənafeyinə xidmət etməsində öz səylərini əsirgəmir.

Missiyamız: Hər bir azərbaycanlıya yüksək keyfiyyətli kontent təqdim etmək.

Dəyərlərimiz:
İnnovativlik
Sosial Məsuliyyət
Müştəri məmnuniyyəti
Davamlı təkmilləşmə

Ailə TV ilk növbədə öz abunəçilərini, habelə partnyorlarını hər zaman məmnun etməyə səy göstərir. Şirkətin əsas missiyasıdünyanın müxtəlif güşələrində yaşayan hər bir Azərbaycanlını yükəsk keyfiyyətli TV kontenlə təmin etməkdir.

Davamlı olaraq təkmilləşmə və mükəmməlləşməni özü üçün başlıca meyar hesab edən Ailə TV effektivlik prinsipinə böyük önəm verir.